Livanın yaraqlı qrupu Hizbullah Beyrutda komandirlərindən birinin ölümündə İsraili günahlandırıb.
Qrupun verdiyi məlumata görə, Həsən Əl-Laqis gecə yarısı Beyrutdakı evinə qayıdan zaman öldürülüb. Lakin qrup hadisənin detalları ilə bağlı məlumat verməyib.Təhlükəsizlik mənbələri Həsən Əl-Laqisin öz avtomobilində güllələndiyini deyib.
Hizbullah İsrailin əvvəllər bir neçə dəfə onu öldürməyə cəhd etdiyini və indi onun ölümünə görə tam məsuliyyət daşıdığını deyib.
İsrailin Xarici İşlər nazirliyinin sözçüsü Yiqal Palmor hadisədə İsrailin iştirakını inkar edərək bildirib ki, Hizbullah əvvəllər də cinayət hadisələrində tez-tez İsraili təqsirləndirib.
Hizbullah və İsrail arasında 2006-cı ildə 34 gün sürən müharibə aparıb. Müharibə zamanı əksəriyyəti livanlı olmaqla 1300-dən çox adam həlak olub.