Böyük Göllərdə tarixi "Mackinac" Adası
Mackinac Körpüsü Mackinac boğazının üzərindən keçərək Miçiqan ştatının şimalı ilə cənubu birləşdirən asma körpüdür. Emil Quliyev - VOA
Grand Hotel Mackinac adasında tarixi hotel və sahil istirahət resortudur. Cəmi 93 günə inşa edilən edilən bu hotel 1887-ci il iyulun 10-da istifadəyə verilib. Emil Quliyev - VOA
Adada 1898-ci ildən bəri mühərrikli minik vasitələrinin istifadəsinə icazə verilmir. Burada yalnız at arabaları və velosipedlə gəzə bilərsiniz. Emil Quliyev - VOA
Mackinac Adası və kurort zonası ABŞ-ın Miçiqan ştatında təxminən 10 kv. km-lıq ərazini əhatə edir. Emil Quliyev - VOA
Grand Hotel Mackinac adasında tarixi hotel və sahil istirahət resortudur. Cəmi 93 günə inşa edilən edilən bu hotel 1887-ci il iyulun 10-da istifadəyə verilib. Emil Quliyev - VOA
Poçt maşınını əvəz edən at arabası - Adadakı bəzi atlar taksi, poçt çatdırılması və başqa xidmətlər üçün istifadə edilir. Adada 1898-ci ildən mühərrikli vasitələrin istifadəsinə qadağa qoyulub.
500-ə yaxın yerli sakini olan adada yay aylarında müvəqqəti qalanların sayında böyük artım müşahidə edilir. Gündəlik 15 min ziyarətçini qəbul etmək üçün yerli bizneslər yay aylarında çoxsaylı kənar insanı adada işə cəlb edir. Emil Quliyev - VOA
Kiçik turistlər göl qırağında oynayarkən - Emil Guliyev - VOA.
ABŞ Milli Statistika Mərkəzinin 2010-cu ildəki rəqəmlərinə görə, Mackinac Adasının daimi sakini cəmi 492 nəfərdir. Emil Quliyev - VOA
Mackinac Adasında Carriage House hoteli - Emil Quliyev - VOA
Mackinac Adasının yerləşdiyi Huron gölündə avqust ayında suyun orta temperaturu təxminən 23 dərəcə olur. Emil Quliyev - VOA