Dünyada bədnam yerlər arasında biri var ki, adı çəkiləndə adamı vahimə basır. Hiroşima! 1945-ci ilin avqustun 6-da, yerli vaxtla səhər saat 8.15-də Birləşmiş Ştatların Enola Gay adlı Boinq 29 təyyarəsi Yaponiya şəhərinə Little Boy nüvə bombasını atır.
509-cu Kompozit qrupun komandiri, pilot polkovnik Paulun idarə etdiyi bu təyarrə Yaponiyadan 6 saatlıq uçuş məsafəsində yerləşən Qərb Sakit Okean hava bazasından qalxmışdı. 60 kiloqram uran-235-dən ibarət olan bomba şəhərdən 600 metr hündürlükdə partlayaraq təxminən 800 min insanı dərhal məhv edir və şəhərin infrastrukturunun 70 faizini tamami ilə dağıdır.
Hesablamalara görə növbəti aylarda əlavə 60 min yapon həyatlarını itirir. O zamandan bəri bombanın radiasiyasından yaranmış xəstəliklər ucbatından əlavə minlərlə adam həlak olur.
Niyə məhz Hiroşima şəhəri???... Təxminən 255 min əhalisi olan Hiroşima böyük şəhər idi. Şəhər yüksəkliklərlə əhatə olunmuşdu ki, bu da bombanın dağıdıcı qüvvəsini artırırdı. Bundan əlavə Yaponiyanın cənubunun müdafiəsinə başçılıq edən beşinci diviziyanın baş qərərgahı və ikinci baş ordusu da daxil olmaqla mühüm ordu bazaları bu şəhərdə yerləşirdi. Şəhər müharibə dövründə Amerika hücumlarının hədəfi olmamışdı. Bu isə nüvə bombasının effektivliyini dəqiq yoxlmağa imkan verirdi. Habelə, orada əsir düşərgələri yox idi.
Sadalanan səbəblər şəhəri Vaşınqton üçün ideal hədəf edirdi.
Dünyada ilk nüvə silahı əldə etmək üçün aparılan tədqiqatlar Manhattan layihəsi adı alır.
Avropadan Amerikaya pənah gətirən alimlər Nasist Almaniyasının buna bənzər, iki milyard ABŞ dolları dəyərində proqramın üzərində işlədiyini ehtimal edir.
Nyu-Meksikoda iyul ayında ilk nüvə partlayışı sınaqdan çıxarıldıqdan sonra prezident Harri Trumanın rəhbərliyi altında. Birləşmiş Ştatların ordu qüvvələri Little Boy adlı nüvə bombasını Hiroşimaya atdı. Bundan üç gün sonra isə Fat Man adlı ikinci bomba Naqasaki şəhərinə atıldı və təxminən 74 min insanı bir anda məhv etdi. Hər iki şəhərdə ölənlər və yaralananların əksəriyyəti mülkü vətəndaşlar idi.
Birləşmiş Ştatlar yaponların təslim olmağa məcbur etmək və altı il davam edən İkinci Dünya müharibəsinə son qoymaq məqsədi ilə nüvə silahından istifadə etmişdi.
Yaponiya avqustun 15-də təslim olur. Amma yaponları təslim etmək üçün nüvə silahından istifadə qərarı o zamandan bəri mübahisə mövzusudur.
ABŞ hökumətinin bu məsələdə mövqeyi belə idi: Nüvə hücumu müharibənin başa çatmasını tezləşdirəcək və yapon ərazisində planlaşdırılan hərbi əməliyyatlar labüd olduğu təqdirdə itiriləcək insan həyatının sayı ilə müqayisədə xeyli az itki törədəcək.
Yaponlar isə belə bir hücuma heç nəyin haqq qazandırmadığını iddia edirlər.
Dünyada bir çoxları bu fikirlə razılaşır. Belə düşünənlər arasında Albert Kamus kimi dühalar və Mahattan layihəsində iştirak emiş Ceyms Frank, Albert Einşteyn və Leo Silard kimi alimlər də var.
Vaşınqton şəhərinin Amerika Universitetində Nüvə Araşdırmaları İnstitutundan professor Piter Kuznik atom hücumuna əmr vermiş prezident Harri Truman haqda yazırdı. “O, insanın kökünün kəsilməsi prosesinə başladığını aydın dərk edirdi. Bu, sadəcə müharibə cinayəti deyildi, bu bəşəriyyətə qarşı cinayət idi.”
Kuznik, Amerikanın özünün dəhşətli nüvə hücumu ilə Rusiyaya yeni silahının nəyə qadir olduğunu və Yer Kürəsində ən qüdrətli ölkə olduğunu nümayiş etdirmək istədiyini düşünənlərdən idi.
Dəhşətli hadisədən on illiklər ötmüş Hiroşima şəhəri yenidən tikilib. Bombanın atıldığı yerin yaxınlığında yerləşən və xəsarət almayan yeganə binaya Genbaku Dome və ya Atom Gümbəzi adı verilib və bu bina Hiroşimanın Sülh Xatirə Parkının bir hissəsinə çevrilib.
Hər il avqust ayının 6-sı bu şəhərin sakinləri Sülh Xatirə Mərasimini qeyd edir. Bu mərasimdə hücum qurbanlarının xatirəsi anılır və dünyada sülh üçün dualar edilir.