Hindistanın səhiyyə naziri homoseksuallığı xəstəlik adlandıraraq, bunu qeyri-təbii və sürətlə yayılan xəstəlik olduğunu deyib. Qulam Nabi Azad HİV və QİÇS konfransında homoseksuallığın son vaxtlarda inkişaf etmiş ölkələrdən yayıldığını bildirib. Nazirin sözləri Hindistanda bir çox homoseksual fəalın qəzəbinə səbəb olub. Onlar ölkədə homoseksualların müntəzəm şəkildə təzyiqlərə məruz qaldıqlarını deyir. Hindistanda homoseksuallıq 2009-cu ilədək qeyri-qanuni idi.