Hindistanda uşaq evliliyi qədimdən qalan ənənədir. Qanunsuz olmasına baxmayaraq, hələ də ucqar bölgələrdə bu adət davam etməkdədir. Hindistanda demək olar ki, qadınların yarısı 18 yaşına çatmamış ərə verilir, onların çoxu erkən yaşlarında gəlin olurlar. Amerikanın Səsinin müxbiri Aru Pande şərqi Hindistandakı bir qrupun bu adəti dəyişmək cəhdləri barədə reportaj hazırlayıb.
Bitika Das ev tapşırıqlarını hazırlayır. Qərbi Benqal ştatının kiçik bir kəndindən olan bu 16 yaşlı qızcığaz bilir ki, iki il öncə valideynləri onun cavan oğlanla evləndirmək cəhdi az qala onu təhsildən məhrum edəcəkdi.
“Əgər mən o vaxt ərə getsəydim, təhsilimi 9-cu sinifdə bitirmək məcburiyyətində qalardım. Yarımçıq təhsillə gələcəkdə nəyəsə nail olmağım mümkün olmazdı. Ərimin ailəsində mənə yaxşı hörmət bəsləməzdilər.”- deyə o bildirir.
Ailəsinin evlilik razılığını pozmaqdan imtina etməsi, Bitikanı Hindistan Uşaqlara Yardım Fondunun Mürşıdabaddakı şöbəsi ilə əlaqə saxlamağa məcbur edib. Təşkilat 24 saatlıq qaynar xətt ilə böhranda olan uşaqlara məsləhət və digər yardımlar edir.
Uşaqlara Yardım Fondunun fəalı Debika Qoşal o vaxt 14 yaşı olan Bitikanın evliliyini saxlamaqda yardım edən komandanın rəhbəri olub. Təşkilat uşaq evliliyini qadağan edən qanuna əməl etməyən valideyinlərə qarşı cinayət şikayətlərinə baxılmasında yerli polis idarəsi ilə əməkdaşlıq edir. Fəallar daha sonra cavan qızın təhsilini davam etdirməsinə əmin olmağa çalışıblar.
“Qızlar təhsillərini davam etdirmək istədiklərini deyirlər. İndi onlar mətbuata daha da yaxındırlar və onlar cəmiyyətin, dünyanın necə irəli getdiyini, hər kəsin inkişaf etdiyini başa düşürlər. Belə ki, onlar da irəli getməyə can atırlar. Lakin, əsasən kasıbçılığa görə və digər hallarda bəzi sosial problemlərə görə valideyinləri onları tez ərə verməyə çalışır.”- deyə Debika Qoşal bildirir.
Qızlarını gənc yaşlarında ərə verməklə kasıb ailələr öz maliyyə xərclərini azalda bilirlər, bəzi hallarda uşaqlarının gələcək həyat yoldaşına daha çox cehiz verməkdən canlarını qurtarırlar.
Amena Begum öz 14 yaşlı qızını ərə vermək arzusunda idi, lakin fəallar bu evliliyin qarşısını ala bilib və indi onun qızı təhsilini davdam etdirir.
"Əgər mən onun təhsilini gələcəkdə davam etdirmək şərtilə indi evləndirməsəm onun üçün uyğun əri sonra hardan tapa bilərəm, artıq onun 25 yaşı olacaq?" - deyə o sual verir.
Birləşmiş Millətlər Təşkilatı yetkinlik yaşına çatmamış gəlinlərin təhsillərini yarımçıq qoyması hallarının yüksəldiyini və onların fiziki və seksual baxımdan istismar olunma təhlükəsinin yüksək olduğunu vurğulayaraq Hindistandakı uşaq evliliyinin nəticələri barədə narahatlığını bildirib.
Lakin bunun təsiri daha da ağır ola bilər. UNİCEF verdiyi bəyanatda bildirir ki, 15 və 19 yaşlı qızların daha çox doğuş zamanı daha çox problemlərlə qarşılaşırlar və bu yaşda anaların dünyaya gətirdiyi körpələr arasında ölüm halları daha yüksəkdir.
Hələlik, Bitika kimi azyaşlı qızlar çoxəsrlik təcrübəyə qarşı mübarizə aparmaqla bu taledən yaxalarını qurtarmağı bacarırlar.
"Mən bilirəm ki, gələcəkdə ərə gedəndə yaxşı ailəyə düşəcəyəm və güclü və iş sahibi olduğuma görə orada mənə hörmətlə yanaşacaqlar. Onlar mənə əhəmiyyət verməyə bilməzlər." - deyə Bitika bildirir.
Bu yeniyetmə öz dərslərini fərqlənmə ilə bitirib və cəsarətinə görə prezidentin qəbulunda olub. İndi onun öz gələcəyinə dair fərqli baxışları var. İndi bu baxışa gələcəkdə məktəb müəllimi olmaq daxildir.