Baydenlə Modi görüşü ABŞ-Hindistan münasibətlərində yeni bir mərhələnin başlanğıcı oldu

Your browser doesn’t support HTML5

ABŞ-ın Əfqanıstandan çıxması Hindistan və Pakistan arasındakı gərginliyi azalmasına o qədər də təsir etmədi. Anita Povel Hindistan lideri ilə tarixi görüşdən yeni gələn Baydenin Cənubi Asiyanın bu iki rəqibinin münasibətlərə necə yanaşdığından danışır.

İki ölkənin liderləri arasındakı tarixi görüş ABŞ-Hindistan münasibətlərində yeni bir dövr olub. Birgə açıqlamaları zamanı onlar bu görüşü "qlobal yaxşılıq naminə ortaqlıq" olaraq xarakterizə edib. "Düşünürəm ki, dünyanın ən böyük iki demokratiyasının olduğu Hindistanla Amerika Birləşmiş Ştatları arasındakı əlaqələr daha güclü, daha yaxın, daha sıx olacaq və bununla biz bütün dünyaya fayda gətirə biləcəyik" - deyə, Bayden bildirib.

Bəs Pakistan? Ölkə əsas rəqibi, nüvə enerjisinə malik olan Hindistan və münaqışıli Əfqanıstan arasında sıxışıb qalıb. Son həftələr ABŞ-ın plkıni tərk etməsindən və Əfqanıstan hökumətinin yenidən Talibanın nəzarətinə keçməsindən bəri minlərlə ümidsiz əfqan Pakistana qaçıb.

ABŞ Prezident Co Bayden cümə günü Hindistanın Baş naziri Narendra Modi ilə görüşdüyü zaman Pakistan lideri Əfqanıstanda 20 illik münaqişə zamanı Pakistana verdiyi zərərlərə görə, ABŞ-ı ittiham etmək və bununla bağlı suallar vermək üçün BMT Baş Assambleyasında çıxış edib. İmran Xan: "ABŞ ona yardım edən insanlara, tərcüməçilərə, ümumiyyətlə Amerikaya yardım edən hər kəsə qayğı göstərməyə çalışır. Bəs biz? Bu qədər əziyyət çəkməyimizin yeganə səbəbi Əfqanıstana qarşı müharibədə ABŞ-la müttəfiq olmamağımız oldu."

Bu sözlərin ABŞ-la Pakistan, eləcə də Pakistanla Hindistan arasında gərginliyi artıra biləcəyi ehtimal olunur. Chatham House-dan Fərzanə Şeyx: "Aydındır ki, Bayden administrasiyasının Pakistana qarşı səbri tükənib və onun rəhbərliyi Əfqanıstan üzərində ikili oyun oynayır - müttəfiq kimi görünsə də əslində ABŞ-ın düşmənlərini dəstəkləyir."

Amerikanın Səsi Ağ Evin mətbuat katibi Cen Psakidən xüsusilə də Baydenin keçən həftə "aqressiv diplomatiya" adlandırmasından sonra nəyə görə ABŞ və Pakistan liderlərinin üz-üzə görüşmədiyinin səbəbini soruşanda o, belə deyib. "Biz Pakistanın Dövlət Departamenti, Müdafiə Nazirliyi və administrasıyanın digər liderləri ilə çox yüksək səviyyədə əlaqə saxlayırıq. Prezident orada olan xarici liderlərin hamısı ilə görüşməyib. Ancaq əlbəttə ki, bunun üçün onun bir qrupu, mütəxəssislər qrupu var."

Lakin analitiklər deyirlər ki, belə yüksək səviyyəli görüşlər məhsuldar olmaya da bilər. Vilson Mərkəzindən Maykl Koqelman: "Baş nazir Xanla görüşmək Bayden administrasiyası üçün nəyisə əsaslı şəkildə dəyişmək demək deyil. Bayden və Xan arasında görüşün olmamasının digər səbəbi isə fikrimcə uzun müddətdir ABŞ-ın Pakistanla münasibətlərinə çox əməliyyatli iş əlaqələri kimi baxmasıdır. Və düşünmürəm ki, ABŞ rəsmiləri Pakistana üstünlük və ya imtiyazı Baydenlə Xan arasında telefon danışığı xatirinə vermək istəsinlər.”

Bu görüş ABŞ-Hindistan münasibətlərində yeni bir mərhələnin başlanğıcı oldu və belə görünür Pakistan buna kənardan baxır.