Hindistanın baş naziri Narendra Modi təcavüz qurbanları üçün ədalətli mühakiməyə söz verərək, ölkəsində zorlama hallarını milli böhran adlandırıb.
Modi bu vədi zorlanmalara etiraz edən yüzlərlə nümayişçinin toplaşdığı Londonda verib. Nümayişlər Hindistanda da davam edir. Xüsuslə də iki azyaşlı qızın vəhşicəsində zorlanaraq, öldürülməsinə etiraz olaraq.
Modinin Londondakı tərəfdarları da nümayişçilər arasında olub. Hindistanın baş naziri Britaniya Əməkdaşlıq Birliyinə daxil olan ölkə rəhbərlərinin görüşündə iştirak edir.
Hindistanda 2016-cı ildə 40 min zorlama halı qeydə alınıb. Bu göstərici son 4 illə müqayisədə 60 faiz çoxdur.
Zorlama qurbanlarının 40 faizini uşaqlar təşkil edir.