Hindistan Marsa fəza gəmisi göndərib

Hindistan Mars planetinə fəza gəmisi göndərib.

Pilotsuz fəza gəmisi Marsa 300 günlük səyahətinə Şriharikota adasından yola düşüb.

Hindistanın Kosmik Tədqiqatlar Təşkilatının nümayəndəsi missiyanın əsas məqsədinin Hindistan texnologiyasının günəş sisteminə səyahət etməyə və başqa planetin orbitinə peykini yerləşdirməyə qadir olduğunu nümayiş etdirməkdir.

Fəza gəmisi Marsda hava sisteminin necə işlədiyini öyrənmək üçün məlumat toplayacaq. Layihəyə həmçinin, planetdə bir zamanlar mövcud olduğuna inanılan suyun nəyin nəticəsində çəkildiyini araşdırılması və Yer Kürəsində həyatın mövcudluğunun əsas elementi olan metanın axtarışı daxildir.

İndiyədək yalnız ABŞ, Rusiya və Avropa İttifaqı Yer Kürəsi yaxınlığına səyahət edə bilib.

Yaponiya ilə Çin də daxil olmaqla, indiyədək Mars orbitinə fəza gəmisi göndərmək üçün edilən cəhdlərin yarıdan çoxu baş tutmayıb.