Hindistanın səhiyyə sektorunu dağıdan COVID-19-un fəlakətli ikinci dalğası fonunda yoluxanların təsdiqlənmiş sayı 20 milyonu keçib.
Səhiyyə Nazirliyi mayın 4-də COVID-19-a azı 357229 yeni yoluxma halının qeydə alındığını bildirib. Beləliklə, son 13 gündür virusa yoluxanların sayı hər gün 300 000 mindən yuxarıdır. Bu Cənubi Asiya ölkəsində son 24 saat ərzində 3449 ölüm halı qeydə alınıb.
Cons Hopkins Koronavirus Resurs Mərkəzinin bildirdiytinə görə, 222408-i ölüm olmaqla, Hindistanda ümumilikdə 20.2 milyondan çox xəstə qeydə alınıb. Mərkəz ümumi infeksiya sayına görə Hindistanın ABŞ-dan sonra ikinci, ölüm sayına görə isə Braziliyadan sonra üçüncü yerdə olduğunu bildirib.
Virusun bu dərəcədə artmasına səbəbin ölkədə daha yoluxucu variantların ortaya çıxması və bu ilin əvvəlində pandemiya nəzarət altına alındığı zaman böyük izdihamlarla bağlı məhdudiyyətlərin yumşalması olduğu deyilir.
Hindistanın COVID-19 böhranı ağır xəstələrin müalicəsi üçün lazım olan oksigen və peyvənd istehsal etmək üçün lazım olan xammal çatışmazlığı üzündən ağırlaşır. Yerli xəbərlərə görə, dünyanın ən böyük peyvənd istehsalçısı Serum İnstitutunun Hindistanda yerləşməsinə baxmayaraq, peyvənd 1,3 milyard əhalisi olan ölkənin yalnız 2% -nə tətbiq edilib.
BMT Hindistanda COVID-19 peyvəndləri və bu xəstəliyin yayılması barədəki yanlış məlumatlarla mübarizə apardığını bildirib. Mətbuat katibi Stefan Dujarrik deyib ki, BMT-nin komandası ölkədəki yerli radio stansiyaları ilə əməkdaşlıq yolu ilə vaksinlərin əhəmiyyəti və virusun yayılmasına mane olmaq yollarını çatdırmaq üçün uşqar bölgələrə məlumat yayır.
ABŞ-ın Müdafiə Nazirliyi mayın 3-də COVID-19-la mübarizə üçün Hindistana iki təyyarəsi ilə təchizat göndərdiyini və çərşənbə günü əlavə iki təyyarənin də yola salınacağını bildirib.