Hindistanın bazar ertəsi bildirdiyinə görə, koronavirusdan ölənlərin sayı son bir gündə 1000 nəfədən çox olub ki, bu, ölkədə pandemiyanın başladığı gündən bu yana ən yüksək göstəricidir.
Ölənlərin sayı 44 min 446-ya çatan Hindistan koronavirusdan ölüm saylarına görə ABŞ, Braziliya, Meksika və Britaniyadan sonra gəlir.
Bazar ertəsi 62 min olmaqla, ölkədə ardıcıl altı gündür təsdiqlənmiş yoluxma hallarının da artdığı bildirilib.
Avstraliya 19 nəfər olmaqla bir gündə ölənlərin sayının ən yüksək olduğunu bildirib. Ölkənin virusun episentri sayılan Viktoriya ştatında yeni yoluxma hallarının azaldığı müşahidə edilib.
Çinin Milli Səhiyyə Komissiyası bildirib ki, bazar ertəsi Sincanda 14 yoluxma faktının qeydə alındığı barədə məlumat verib.
Çində bundan əlavə 35 nəfər xaricdən gələnlərdə virus aşkarlanıb.