Hindistanda son bir gündə koronavirusa 8 min insan yoluxub

Hindistan bir gündə 8000-dən çox yeni koronavirusa yoluxma halı qeydə alındığını bildirib.

Səhiyyə Nazirliyi bazar günü ölkə boyu yoluxma hallarının 182 143-ə çatdığını, son 24 saat ərzində 193 nəfər də əlavə olmaqla, 5.164 ölüm halının olduğunu bildirib.

Koronavirusdan ölüm hallarının 60 faizdən çoxunun əsasən iki ştatda - maliyyə mərkəzi olan Maharaştra və baş nazir Narendra Modinin vətəni olan Qucaratda olduğu bildirilib. Yeni yoluxma halları isə paytaxt Dehli də daxil olmaqla, Hindistanın altı ştatında qeydə alınıb.

İctimai səhiyyə mütəxəssisləri baş verənlərlə bağlı Modi hökumətini tənqid edib. Hindistan İctimai Səhiyyə Assosiasiyası, Hindistanın Profilaktik və Sosial Tibb Assosiasiyası və Hindistan Epidemioloqlar Birliyinin mayın 25-də Modinin ofisinə göndərdiyi birgə bəyanatda "icmalar arasında ötürülmə" hallarının çox olduğu bir zamanda virusun aradan qaldırmasının qeyri-real olduğu deyilib.

Hindistan hökuməti icmalar arasında ötürülmə faktlarını rədd etsə də, yeni yoluxma halları artmaqda davam edir.

Martın 25-dən başlayaraq ölkədəki sərt təcrid tədbirlərinə baxmayaraq, səhiyyə üzrə mütəxəssislər yoluxmanın sürətlə artdığını deyir.