Hindistanda hərbi hava bazasında terror hücumu olub

Hindistanın şimalında Pancab ştatında hərni hava bazasında həyata keçirilən terror hücumu 6 nəfərin həyatına son qoyub. Hücumun Pakistanla Hindistan arasında son sülh səylərini məhv etmək məqsədi güddüyü ehtimal olunur.

Rəsmilər deyir ki, ordu əsgərlərinin uniformalarını geyinən silahlıların hücumu nəticəsində 4 silahlı və 2 təhlükəsizlik personalı ölüb. Bu gün səhər baş verən hücum Hindistanın Pakistanla sərhədindən 50 kilometr aralıda yerləşən Patankot şəhərindəki hərbi bazada həyata keçirilib. Baza paytaxt Yeni Dehlidən 430 kilometr aralıda yerləşir.

Hücumçular bir gün əvvəl ələ keçirdikdikləri Hindistan polisinin maşınlarından istifadə edib.

Hücum zamanı silahlılarla təhlükəsizlik qüvvələri arasında atışma saatlarla davam edib.

Daha sonra hadisə yerinə əlavə qüvvələr, vertolyotlar və çevik polis alayı cəlb edilib. Atışma səsləri bütün günorta saatları boyu eşidilib.