Hindistan dünyanın ən hündür heykəlinin açılışına hazırlaşır

Hindistanın baş naziri Narendra Modi dünyanın ən hündür heykəlinin açılışı üçün Qucarat vilayətinə gedib.

Ölkənin qurucu atalarından biri Sardar Vallabhbhai Patelə həsr edilən “Birlik Heykəli”-nin hündürlüyü 182 metrdir. Bu, Nyu Yorkda yerləşən Azadlıq Heykəlindən təxminən iki dəfə daha hündürdür.

Heykəlin açılışı mərasimi zamanı hərbi təyyarələrin uçuşu və rəngli atəşfəşanlıq gözlənilir.

Narmada çayına baxan və 400 milyon dollara başa gələn heykəlin əsas təşəbbüskarı Modi idi.

Vallabhbhai Patelə Hindistanın 1947-ci ildə müstəqillik qazanmasında sonra ayrılmış əyalətləri birləşdirdiyinə görə tanınır.