Rəy sorğuları göstərir ki, keçmiş dövlət katibi Hillari Klinton 2016-cı ildə prezidentlik uğrunda seçki kampaniyasına qoşulsa, Demokrat Partiyasından nominasiya almaq üçün favorit olacaq. Hələlik Respublikaçılar Partiyasından potensial namizədlərin kim olacağı məlum deyil və iki ildə praymerizlərdə gərgin mübarizənin gedəcəyi gözlənilir.
Hillari Klinton Amerika siyasi səhnəsində 20 ildən artıq birinci xanım, ABŞ senatoru, prezidentliyə namizəd və dövlət katibi kimi mühüm rol oynayıb.
Xanım Klintonun bu ilin sonu prezidentliyə namizədliyini irəli sürüb-sürməyəcəyini elan edəcəyi gözlənilir. Siyasi təhlilçi Stiven Hess onun güclü namizəd ola biləcəyini deyib.
Stiven Hess:”Çox maraqlıdır ki, prezidentin mənsub olduğu Demokrat Partiyasında əslində bir namizəd var, o da Hillari Klintondur”.
Əgər xanım Klinton namizədliyini irəli sürərsə, o, rəqibləri tərəfindən 2012-ci ildə Liviyada Benqazidə ABŞ konsulluğuna terror hücumu ilə bağlı sualları cavablandırmalı olacaq.
Bu yaxınlarda Hillari Klinton Benqazidə hücumla bağlı dərin təəssüfünü ifadə etsə də, keçən il o, insidentə verilən cavabla bağlı siyasi hücumlara məhəl qoymurdu.
Hillari Klinton: “Fakt odur ki dörd amerikalı həlak olub. Bu, etiraz nümayişinə görə olub, yoxsa, orada olanlar amerikalıları öldürmək qərarına gəlib? Hazırda bunun bir mənası varmı? Bizim işimiz nəyin baş verdiyini müəyyən etmək və bunun yenidən baş verməsinin qarşısını almaqdan ibarətdir”.
Xanım Klinton prezidentliyə namizədliyini irəli sürərsə, o, rəy sorğularında ikinci yerdə olan vitse-prezident Bayden tərəfindən rəqabətlə qarşılaşa bilər.
Təhlilçi Stiven Hess deyib ki, Hillari Klintonun seçki marafonuna qatılmasının həm müsbət, həm də mənfi tərəfləri var.
Stiven Hess: “Əgər namizədsənsə, hamı səni hədəf seçir, təkcə rəqiblər deyil, media da. Buna görə də o, diqqət mərkəzindədir. Amma başqa tərəfdən, bu, çox əlverişli bir mövqedir, çünki o, çox pul toplaya bilər”.
Daha bir təhlilçi Stüart Rotenberqin sözlərinə görə isə Hillari Klinton kampaniyaya qatılsa, o özü ilə qeyri-populyar prezident Barak Obama arasında məsafə saxlaya bilər.
Stüart Rotenberq: “O hazırkı prezidentdən, onun prezidentliyindən fərqlənmək üçün bir neçə sahəyə diqqət yetirə bilər və özünün dəyişiklik gətirəcək bir namizəd olduğunu göstərmək istəyə bilər.”
Rspublikaçılar Partiyasının hələlik prezidentlik üçün favorit mamizədi yoxdur, lakin mümkün namizədlər arasında ciddi nəqliyyat tıxacının yaranması ilə əlaqədar qalmaqalın mərkəzində olan Nyu Cersi ştatının qubernatoru Kris Kristi göstərilə bilər.
Qubernator Kristi ilə bağlı qalmaqal digər namizədlər üçün yol aça bilər. Bunlar Florida ştatının keçmiş qubernatoru Ceb Buş, Viskonsin ştatının qubernatoru Skott Valker, Texas senatoru Ted Kruz və Kentaukki ştatından senator Rand Pol ola bilər.
Təhlilçi Stiven Hess deyir ki, 2016-cı il prezidentlik uğrunda seçki kampaniyasında ən böyük intriqa Hillari Klintonla Ceb Buşun qarşılaşacağı halda yarana bilər.
Stiven Hess: “Bu, hamını əyləndirərdi, çünki insanlar Amerika siyasətçilərinin çoxunun adlarını bilmir. Bu iki adı isə çoxları tanıyır, Buş və Klinton”.
Rəsmi nominasiya kampaniyası iki ildən sonra başlayacaq, lakin 2016-cı ildə namizədliyini irəli sürən siyasətçilərin bu ilin sonuna qədər qərar verəcəyi gözlənilir.