Hillari Klinton: İctimaiyyətin elektron yazışmaları görməsini istəyirəm

ABŞ-ın keçmiş Dövlət katibi Hillari Klinton Dövlət Departamentindən onun elektron poçt yazışmalarının ictimaiyyətə açıqlamasını istəyib. Xanım Klinton Amerikanın baş diplomatı olduğu dövrdə rəsmi yazışmalarında şəxsi e-mail ünvanından istifadə etdiyinə görə tənqidlərlə qarşılaşıb.

Hillari Klinton Tvitter şəbəkəsində “Mən ictimiayyətin e-mailimi görməsini istəyirəm” yazıb. O, Dövlət Departamentindən onun e-maillərini nəzərdən keçirdikdən sonra tez bir zamanda açıqlayacağını bildirdiyini deyib.

Dövlət Departamentinin sözçüsü Meri Harf verdiyi bəyanatda departamentin Klntonun e-maillərinin ictimaiyyətə açıqlanması üçün müfaviq prosesə əməl edərək onları nəzərdən keçirəcəyini bildirib. O, prosesin bir qədər vaxt alacağını əlavə edib.

Hillari Klinton New York Times qəzetində onun şəxsi e-mailindən istifadə etdiyinə dair məqalənin nəşrindən sonra məsələyə münasibət bildirib. Məqalədə xanım Klintonun bununla hökumət sənədlərinin arxivləşdirilməsinə dair federal qanunu poza bildiyini bildirib.

E-maillə bağlı açıqlamalar Hillari Klintonun 2016-cı prezident seçkilərində Demokrat partiyasından mümkün namizədlər arasında favorit hesab edildiyini bir vaxta təsadüf edir.