Hillari Klinton Birma səfərini başa vurub

Hillari Klinton Birma səfərini başa vurub

ABŞ dövlət katibi Hillari Klinton demokratiya lideri Aunq San Suu Kyi ilə müzakirələrdən və ABŞ-ın demokratik islahatları daha geniş şəkildə dəstəkləməsi vədi ilə Birmaya 3 günlük səfərini başa vurub.

İki xanım lider Aunq San Suu Kyinin Ranqundakı evində görüşüblər. Xanım Suu Kyi ömrünün son 20 ilini burada ev dustaqlığında keçirib. Hillari Klinton deyib ki, ABŞ Birmaya mina qurbanlarına yardım, o cümlədən mikro-maliyyə əməliyyatları və səhiyyə xidmətləri təşəbbüsləri üçün 1.2 milyard dollar ayıracaq.

Xanım Klinton Aunq San Suu Kyini əzmkar liderliyinə görə alqışlayıb və deyib ki, Birləşmiş Ştatlar Birma dünyada layiq olduğunu yerdə mövqe tutacaq. Dövlət katibi demokratiya liderini stimul mənbəyi kimi qələmə verib.