Reuter xəbər agentliyinin verdiyi məlumata görə, ABŞ dövlət katibi Hillari Klinton İran əleyhinə yeni sanksiyaların həyata keçirəcəyinə vəd edib. Lakin o, qeyd edib ki, İrandan neft idxalını azaltmağa çalışan Yaponiya kimi bəzi müttəfiqlər unikal vəziyyətlə üzləşir.
Prezident Obamanın imzaladığı bir sıra sanksiyalar İranın Mərkəzi bankı və digər maliyyə təsisatları ilə əməkdaşlıq edən xarici maliyyə müəssisələrini hədəf alır.
Yeni ABŞ sanksiyalarına tuş gəlməmək üçün bir çox ölkə könüllü şəkildə İrandan neft idxalını azaltmağa başlayıb. Fevral ayının 29-dan prezident qeyri-neft sektorunda İranın Mərkəzi Bankı və ya adları qara siyahıya salınmış təşkilatlarla mühüm maliyyə əməliyyatları həyata keçirən şirkətləri, iyun ayının 28-dən isə İranla neftlə əlaqədar maliyyə əməliyyatları həyata keçirən şirkətləri cəzalandıra bilər.