Hüquq müdafiəçiləri məhkəmənin qarçısında səssiz aksiya keçirib. Hilal Məmmədov isə ağzını bağlayıb, qulaqalarına pambıq tıxayıb və üşünü divara çevirib
“Tolışi sədo” qəzetinin redaktoru Hilal Məmmədovun Hüquqlarını Müdafiə Komitəsinin üzvlərindən və vətəndaş cəmiyyəti fəallarından ibarət 40-a yaxın insan bu gün Ağır Cinayətlərə dair İşlər üzrə Bakı Məhkəməsinin binası önündə etiraz aksiyası keçiriblər.
Aksiya Məmmədovun işi üzrə növbəti məhkəmə iclasına həsr olunmuşdu. Aksiya iştirakçıları əl-ələ tutaraq, məhkəmə binası qarşısında canlı sədd əmələ gətiriblər. Aksiya səssiz idi və heç bir şüar səsləndirilməyib.
“Biz buraya Hilal Məmmədovla həmrəyliyimizi və onun qanunsuz həbsinə və qapalı prosesə etirazımızı bildirmək üçün gəlmişik”, deyə aksiya iştirakçılarından biri, İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov bildirib.
Cinayət işinin saxtalaşdırıldığını qeyd edən Cəfərov yerli və beynəlxalq ictimaiyyətin səyləri ilə Məmmədovun yaxın günlərdə azad ediləcəyinə inamını ifadə edib.
Bir müddət əvvəl – fevralın 15-də Məmmədovun Hüquqlarını Müdafiə Komitəsinin üzvləri üzlərinə tibbi maskalar taxaraq, səssiz etiraz aksiyası keçiriblər, bununla hakimiyyətin tənqidi səsləri boğduğunu nümayiş etdiriblər.
Məmmədov 21 iyun 2012-ci ildə həbs edilib və qanunsuz narkotik saxlamaqda, millətlərarası ayrı-seçkilik salmaqda və dövlətə xəyanətdə ittiham olunur.
Son məlumatlara görə, bu gün keçirilən məhkəm iclasında dindirilən üç şahidin heç biri Hilal Məmmədovun üzünə durmayıb.
Vəkil Cavad Cavadlı proses qapalı olduğu üçün o, şahidlərin adlarını açıqlamayıb.
“İttiham öz-özünə dağılır. Hər üç şahid Hilal Məmmədovun niyə mühakimə edildiyini başa düşmədiklərini bildirdi və onu şərəfli ziyalı şəxs, alim kimi səciyyələndirdi”, deyə Cavadlı bildirib.
Növbəti iclas martın 6-da keçiriləcək.