Yaradıcı heyvanlar [Video]

Your browser doesn’t support HTML5

Yaradıcı heyvanlar

Xoşbəxtliyə nail olmaq çox mühümdür. Bu sözləri ABŞ-ın banisi müstəqillik bəyannaməsində deyib.

Heyvanxanada çalışan hər bir kəsdən soruşsanız heyvanların da insanlar qədər xoşbəxtliyə ehtiyacı olduğunu deyər. Smitsonian Milli Heyvanxanasında musiqi, rəssamlıq kimi fəaliyyətlərdən heyvanları sevindirmək üçün istifadə edilir.

Fransua rəssamlıq karyerasına iki il öncə başlayıb. Bu tənbəl ayı unikal rəssamlıq istedadına malikdir. Onun sahibi Staysi Tabellarionun dediyinə görə, bu, təbii bir davranışdır. “Onların ağ ciyərləri olduqca böyükdür. Hər bir adamdan çox hava alırlar. Biz boya doldurulmuş borulardan onların nəfəs buraxmasını istəyirik. Beləliklə kətan lövhə üzərində maraqlı rəsmlər alınır”.

Smitsonian heyvanxanasında çoxçeşidli incəsənətlə məşğul olan heyvanlar var. Onlar toksinsiz yağlı boyalardan istifadə edir. Bəziləri pəncələri və dırnaqlarını işə salır. Oranqutanlar və qorillalar isə fırçadan istifadə edir.

Lakin insanlar kimi heyvanların heç də hamısı rəssamlıqla maraqlanmır. Bu, Kenton Kernsin fikridir. “Rəssamlıq seçimdir. Biz heyvanların buna maraq göstərmədiyini gördükdə işi o an dayandırırq. Bu imkanı başqa heyvanlara veririk”.

Tabellario deyir ki, 24 yaşlı Fransua gördüyü işdən zövq alır. “Mən rəssamlıq əşyalarını gətirdikdə o tez onların yanına gəlib, hazır olmasını gözləyir. Hər dəfə belə edir. Rəsm əsəri hazır olduqda onun gözlərini izləyirəm”.

Musiqi də bu proqramın bir hissəsidir. Heyvanat bağçasının zənginləşdirmə və təlim komitəsinin rəhbəri Tabellario deyir ki, heyvanların fiziki və zehni inkişafı gündəlik fəaliyyətdir. Təlimçilər bir çox vasitələrdən istifadə edir.

Kerns isə bu proqramın digər imtiyazlar da bəxş etdiyini deyir. “Heyvana baxanla heyvan arasında hər bir fəaliyyət dərin rabitəyə yol açır”.

Misilsiz rəsm əsərləri zoopark ziyarətçiləri arasında olduqca populyardır. Bu əsərlərin satışından əldə edilən gəlir heyvanxananın maliyyə fondunu zənginləşdirir.