Heyvansevərlər Heydər Əliyev Fondunun qarşısında aksiya keçirməyə cəhd edib
Your browser doesn’t support HTML5
Heyvansevərlər şəhərin mərkəzində növbəti etiraz aksiyası keçiriblər. Bu dəfə Heydər Əliyev Fondunun binası qarşısında. Aksiyanın əsas şuarı “stop toplan” və “qətliyama son” olub.
Polis əməkdaşları təşkilatçı Elxan Mirzoyev və daha 4 etirazçını hadisə yerindən uzaqlaşdırıblar.
Aksiya baş tutmuş hesab olunmasa da, heyvansevərlər Toplan sahibsiz itlərə qayğı mərkəzinə qarşı aksiyaları davamlı olaraq təşkil etməyi planlayır.
Qeyd edek ki, heyvansevərler daha öncə Toplan - Sahibsiz itlərə qayğı mərkəzi, Təzə Bazar Mərkəzi Park ve Qız Qalasının önündə ayrı-ayrı vaxtlarda aksiyalar keçiriblər.