Heykəlin götürülməsi etirazlara səbəb olub [Video]

Your browser doesn’t support HTML5

Köləliyi təmsil etməsinə baxmayaraq ifrat-sağçı insanlar vətəndaş müharibəsi abidələrinin sökülməsinə qarşıdırlar

Həftəsonu Virciniya ştatının Şarlotvil şəhərində Konfredasiya Generalı Robert Linin heykəlinin götürülməsi insanların etirazına səbəb olub.

Keçən həftə də Yeni Orleans şəhərinin mərkəzində yerləşən Konfederasiya Prezidenti Ceferson Devisin heykəli götürülmüşdü.

Hər iki hadisədən sonra etirazçılar bildirib ki, heykəllərin götürülməsi Amerika ağlarının irsinə hücumdur. Amerika ağlarının irsi adlanan bu fəlsəfə həm də ifrat sağçı fəlsəfə kimi də tanınır.

Hər iki mitinqdə də cəmi yüzə yaxın etirazçı iştirak edib. Lakin Şarlotvil şəhərinin meri Mayk Siqner qeyd edib ki, nümayişçilərin sayı deyil, çatdırmaq istədiyi mesaj təhlükəlidir.

ABŞ-da ifrat sağçı hərəkatın fəallaşması köləliyin davam etməsi üçün döyüşən insanların heykəllərinin qaldırılması ilə üst-üstə düşüb.

Tarixçi İbram Kendi Skayp vasitəsilə verdiyi müsahibəsində bildirib ki, hətta cənub ştatlarda bu cür abidələrin qaldırılması inkişafın göstəricisidir.

Lakin Kendi onu da qeyd edib ki, ifrat-sağçılıq da Amerika tarixinin bir parçasıdır və Amerikanın azadlıq anlayışı insan haqları liderləri qədər ifrat-sağçı liderlərini də hər zaman həvəsləndirib.

Kendi əlavə edib ki, köləliyi xatırladan bu cür abidələrin yığışdırılması Amerikanın keçmişi ilə bağlı müzakirələrə son qoymayacaq.