ABŞ Müdafiə naziri Çak Heygel Obama administrasiyasının xarici siyasət kursunda əsas istiqamətin hərbi əməliyyatlardan diplomatiyaya keçilməsini planlaşdırdığını bir daha təsdiq edib.
Çak Heygel dünya liderlərinin hər il Almaniyada keçirdiyi Münhendə təhlükəsizlik konfransında danışıb. Pentaqon rəhbəri bu açıqlamaları ABŞ-ın İraq və Əfqanıstan müharibələrinə son qoyduğu bir vaxt verir. Birləşmiş Ştatlar İraqdan hərbi qüvvələrini 2011-ci ildə çıxarıb, Əfqanıstandan isə əsgərlərin çıxarılması prosesi bu il başa çatdırılmalıdır.
Prezident Barak Obama Konqresin birgə iclasında illik hesabat məruzəsində həqiqətən lazım olmadığı halda ABŞ əsgərlərini döyüşə göndərməyəcəyini deyib.
Cənab Obama ABŞ-ın Suriya və Liviyada hərbi müdaxiləsinə yol verməyib.
Bununla belə ABŞ Müdafiə naziri Birləşmiş Ştatların yardıma ehtiyacı olan ölkələrə kömək etməyə davam edəcəyini bildirərək, Avropa tərəfdaşları ilə Malidə və Mərkəzi Afrika Respublikasında əks-terror və humanitar sahələrdə əməkdaşlığın aparıldığını qeyd edib.