Həsən Ruhani: Saziş dünya ilə əməkdaşlıqda “yeni pəncərələr” açıb

İran prezidenti Həsən Ruhani ölkəsinə beynəlxalq sanksiyaların qaldırılmasını alqışlayaraq deyib ki, dünya gücləri ilə nüvə sazişi Tehranın dünya ilə əməkdaşlığında “yeni pəncərələr” açıb.

Ruhani yanvarın 17-də parlamentdə deyib ki, bu saziş İran iqtisadiyyatı üçün “dönüş nöqtəsidir” və enerji ilə zəngin ölkə neft gəlirlərinə daha az bel bağlamalıdır.

Yanvarın 16-da BMT-nin nüvə agentliyi elan edib ki, Tehran iyulda imzalanmış razılaşmanın öhdəliklərinə əməl edib və sanksiyaların da sonu gəlib.

Avropa Birliyi İrana bütün iqtisadi və maliyyə sanksiyalarının qaldırıldığını elan edib.

Vaşinqton İrana qarşı bank, poladtökmə, gəmiçilik və digər sahələrdə sanksiyaları rəsmən ləğv edib.

İran həmçinin beş amerikalını azad edib. Onların içində Washington Post-un müxbiri Jason Rezaian da var.

İran prezidenti yanvarın 17-də onu da deyib ki, nüvə sazişi ölkənin inkişafı üçün bir fürsətdir.