Hesabat: Pekin Uyğur Muxtar Rayonu üçün repressiv idarəçilik sistemi qurub

Bu həftə yayılan hesabata əsasən, Çində 170-dən çox Çin Kommunist Partiyasının üzvü, hökumət, ordu, yarı-hərbi qüvvə və hibrid inzibati qurumlar 2014-cü ildən bəri Sincanda uyğurlar və başqa yerli qruplar üzərində repressiv idarəçiliyin qurulub, idarə olunmasında iştirak ediblər.

Avstraliya və ABŞ-ın maliyyələşdirdiyi araşdırma qrupu olan Avstraliya Strateji Siyasət İnstitutu çərşənbə axşamı Sincanla bağlı ən son hesabatında bildirib ki, çin dilində minlərlə səhifəlik mənbələrin, “o cümlədən sızdırılmış polis qeydləri və daha öncə dərc olunmayan hökumətin büdcə sənədlərinin” təhlili nəticəsində Çin Kommunist Partiyasının Sincanda uyğurları və başqa yerl icmaları təqib etmək üçün əl atdığı üsullar barədə fikir qazanıb.

82 səhifəlik araşdırmaya əsasən, Pekində Sincana qədər inzibati qurumlar, o cümlədən Prezident Şi Tsinpinin rəhbərlik etdiyi Çin Kommunist Partiyasının Mərkəzi Komitəsindən tutumuş Sincanda yerli partiyanın nəzarətinə görə cavabdeh olan məhəllə rayon komitələri bu yaxınlarda Sincanda uyğurlara qarşı əməliyyatlarda operativ idarəetmə texnikası və bürokratik strukturlardan istifadə ediblər.

“Uyğurlara qarşı təqiblər Mao dövrünə aid siyasi kampaniyalara bənzəyir,” hesabatda bildirilir. “Kütləvi təcrid və məcburi əmək kampaniyalarından əlavə, Sincan sakinləri kütləvi məhkəmə iclasları, ictimai qınaq sessiyaları, sədaqət vədləri, nəsihət tipli “təxribat mühazirələri və Şi Tsinpinin səhhəti üçün dualarda iştirak etməyə məcbur edilirlər.”

Hesabatda deyilir ki, bunu etməklə onlar insanlar arasında gizlənən qaranlıq düşmənlərə: “üç pis qüvvə” və “iki-üzlü” insanlara hücum etmək üçün səfərbər olurlar.

Pekin bildirir ki, “üç pis qüvvə” terrorçu, separatçı və Sincanda uyğurlar və başqa yerli xalqlar arasında dini ekstremistlərdir, “iki-üzlü insanlar” isə Çin Kommunist Partiyasına sadiq olmayan rəsmilərdir.

Pekinin uyğurlara qarşı təqibləri zamanı həyata keçirdiyi siyasət nətiəsində Sincanda məhəllə və kənd rəsmilərinə sakinlərin hərəkətlərini və hətta emosiyalarını izləmək üçün qeyri-adi səlahiyyətlər verilib. Buna uyğur bir yeniyetmənin həyatın ümidsiz olduğuna dair sosial media paylaşımları sabitliyə təhlükə olaraq görüldüyü üçün polisin hərəkətə keçməsi daxildir.

Çərşənbə axşamı Çinin xarici işlər nazirliyinin sözçüsü Vanq Venbin ASPI-ın hesabatını “uydurma”və “böhtanla” dolu ritorika adlandırıb.

“Bu şübhə doğuran qurumda heç bir faktlara əsaslanmır və akademik araşdırmanın bütün peşə etikalarına ziddir,” Vanq deyib. “Bu hesabatda uydurulanlar, o cümlədən “məcburi əmək”lə bağlı yalanlar həqiqətəuyğun olmayan böhtanla dolu ritorikadır.”

Cümə axşamı Birləşmiş Millətlər Təşkilatında 43 ölkə Çini BMT-nin insan haqları üzrə ali komissarına Sincana çıxış haqqı verməyə çağırıb və buna Çinin şimal-qərbində Sincan- Uyğur Muxtar Rayonunda uyğurlara və başqa türk müsəlman azlıqlara qarşı insan hüquqları ilə bağlı narahatlıqları səbəb göstərib.

Çinin BMT-dəki elçisi Janq Jun bu tənqidləri “əsassız” adlandırıb.