Dövlət Sərhəd Xidməti: İran vətəndaşlarının daxili orqanlarında heroin aşkarlanıb

Dövlət Sərhəd Xidməti (DSX) bildirir ki, noyabrın 19-da «Biləsuvar» dövlət sərhədindən buraxılış məntəqəsində əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan Azərbaycan gələn iki şəxs saxlanıb.

DSX-nin noyabrın 23-də yaydığı məlumata görə, hər iki İran vətəndaşının daxili orqanlarında ümumilikdə 380 qram heroin aşkarlanıb.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirlərinin davam etdirildiyi bildirilir.

Qurum saxlanan şəxslərin kimliyini də açıqlayıb, ancaq onların ittihama münasibətləri bildirilmir.

Hələlik, sözügedən İran vətəndaşlarının və ya vəkillərinin ittihama münasibətini öyrənmək mümkün olmayıb.