Türkiyə və Azərbaycan birgə hərbi təlimlərə başlayıb

Hərbi təlim

Təlimlər Naxçıvanda və Bakıda keçiriləcək
Azərbaycan və Türkiyə Silahlı Qüvvələri Bakı və Naxçıvanda birgə təlimlərə başlayıb.

Türkiyə Silahlı Qüvvələrinin rəsmi saytının məlumatına əsasən, hərbi təlimlər bu gündən etibarən iyulun 28-nə qədər davam edəcək.

Təlimlərin keçirilməsində əsas məqsəd iki ölkə arasında bu sahədə qarşılıqlı təcrübə mübadiləsidir.

Təlimin Bakıda icra ediləcək hissəsinə Türkiyədən bir piyada bölüyü, Naxçıvanda keçiriləcək hissəsinə isə bir motoatıcı taqım qatılacaq.