Azərbaycanın iki hərbi qulluqçusu yolu azaraq qarşı tərəfə keçib

Cəbhə xətti

İyunun 23-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində qoşunların təmas xəttində, mövqe istiqamətində hərəkət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları kiçik çavuşlar Musa Musayev və Tural Yolçuyev dağ-meşə şəraitində yolu azmaları və qarşı tərəfdə olduqları ehtimal edilir. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hazırda hadisə ilə bağlı axtarış və araşdırma tədbirləri həyata keçirilir.