Azərbaycan Silahlı Qüvvələri irimiqyaslı təlimlər keçirəcək

Noyabrın 12-dən 18-dək səhra şəraitində Azərbaycan Silahlı Qüvvələri irimiqyaslı təlimlər keçirəcək.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, təlimlərin məqsədi qoşunların və silahların idarə olunması sisteminin yoxlanılmasıdır.

Təlimlərə 60 mindən artıq şəxsi heyət, 50-dən çox təyyarə, helikopter, 150-dən artıq tank, zirehli texnika, raket və artilleriya qoşunlarının 700-dək sistemi cəlb ediləcək.