Türkiyə, Azərbaycan, ABŞ, İspaniya, Macarıstan, Rumıniya və Şimali Kipr Türk Respublikası təmsilçilərinin iştirakı ilə beynəlxalq "İşıq-2015/1” hərbi xilasetmə təlimləri başlayıb.
APA agentliyi Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən bildirir ki, Konyada keçirilən təlimlərin məqsədi birgə axtarış-xilasetmə, yaxın hava dəstəyi, dinamik hədəfləmə və digər ssenarilər çərçivəsində birgə hərəkət etmə və təlim səviyyəsinin yüksəldilməsidir.
Təlimlərdə Azərbaycan dörd Mİ-17 helikopteri və bir xüsusi təyinatlı tağımla iştirak edir.
Martın 30-da başlayan təlimlər aprelin 10-a qədər davam edəcək.