Azərbaycan, Türkiyə və Gürcüstan Silahlı Qüvvələrinin rəhbərləri görüşür

Azərbaycan-Gürcüstan-Türkiyə

Mayın 4-də Ankara şəhərində Azərbaycan müdafiə naziri Zakir Həsənov, Türkiyə baş qərargahının rəisi Necdet Özel və Gürcüstan Silahlı Qüvvələrinin baş qərargah rəisi Vaxtanq Kapanadzenin iştirakı ilə 3 ölkənin Silahlı Qüvvələri rəhbərlərinin birinci görüşü keçiriləcək.

Azərbaycan müdafiə nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə hərbi sahədə üçtərəfli formatda əməkdaşlığın aparılması, regional sabitlik və təhlükəsizlik məsələlərinin müzakirəsi, o cümlədən enerji daşıyıcıları, dəmiryolu xətti və digər regional layihələrin təhlükəsizliyinin təmin edilməsi istiqamətində vəzifələrin müəyyənləşdirilməsi və onların praktiki icra mexanizmləri müəyyən ediləcəkdir.

Görüşün yekunlarına dair Protokolun imzalanması planlaşdırılır.