Döyüş atışı təlimi keçirilib

Hərbi təlim

Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığı planına əsasən NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində hərbi hissələrdən birində döyüş atışlı təlimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, təlim zamanı motoatıcı bölmənin təchizatı, avadanlığı, rabitə vasitələri ilə təminatı, eləcə də şəxsi heyətin ingilis dilini bilmə səviyyəsi, digər zəruri əməliyyat imkanlarının NATO standartları və tələbləri ilə uyarlılığı, Ortaq Qüvvələr Birliyi tərkibində və digər əməliyyatlar zamanı taktiki tapşırıqların icrası və döyüş atışlı məşğələləri yerinə yetirilib.