Müdafiə naziri Belarusa səfər edəcək

Zakir Həsənov

Oktyabrın 8-də Azərbaycanın müdafiə naziri Zakir Həsənov Belarusa rəsmi səfərə gedəcək. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində Z.Həsənov ölkənin hərbi-siyasi rəhbərliyilə görüşəcək, Belarusun hərbi-sənaye müəssisələrinə baş çəkəcək.

Hərbi, hərbi-texniki, hərbi təhsil və təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.