Sentyabrın 11-də Tel-Əviv şəhərində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla İsrailin müdafiə naziri cənab Aviqdor Liberman arasında görüş keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, geniş tərkibdə keçirilən görüşdə tərəflər regional təhlükəsizlik, iki ölkə arasında hərbi, hərbi-texniki və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edib.