Dekabrın 16-da Vaşqinqtonda ABŞ-ın Helsinki Komissiyasında Xədicə İsmayılla bağlı dinləmə keçiriləcək.
Komissiyasının açıqlamasında bildirilir ki, Azərbaycan hökuməti 2014-cü ildə jurnalist Xədicə İsmayılovanı saxta ittihamlarla həbs edərək, onun çalışdığı ABŞ tərəfindən maliyyələşdirilən AzadlıqRadiosunun ofisində reyd keçirib. “Beynəlxalq ictimaiyyət tərəfindən dəfələrlə pozuntulara görə tənqid edilmiş uzun məhkəmə prosesindən sonra xanım İsmaılova sentyabr ayında 7 il yarı azadlıqdan məhdum eidlib. Onun apellyasiya müraciəti noyabr ayında təmin edilməyib və AzadlıqRadiosunun Bakı bürosu Azərbaycan hökuməti tərəfindən bağlı olarq qalır”-deyə komissiyanın bildirir.
Helsinki Komissiyasının sədri Kris Smit Xədicə İsmayılovaya hökm çıxarılan vaxt qeyd edib ki, “xanım İsmayılovanın Azərbaycan hökumətində korrupsiyanın ifşa edilməsi azadlığı əlindən alınıb.” O bildirib ki, “Xədicə İsmayılovanın keçən il dekabr ayında həbsi və bunun ardınca AzadlıqRadiosunun Bakı bürosunun bağlanması azad mediaya birbaşa hücumdur.”
Helsinki Komissiyasının açıqlamasında daha sonra deyilir: “Xədicə İsmayılova Azərbaycan hökumətinin yüksək səviyyəli rəhbərliyinin varidatı ilə bağlı araşdırmaları ilə tanınır və o, həbsindən əvvəl təhlükəsizlik xidmətlərinin təcavüzünə məruz qalıb.”
Helsinki Komissiyası bildirib ki, dinləmə zamanı Xədicə İsmayılovanın məhkəmə prosesinin nəzərdən və ABŞ hökumətinin onun azadlığa buraxılması, habelə AzadlıqRadiosunun Bakı bürosunun bağlanması məsələsinin həlli istiqamətində bacardığı hər şeyi edib-etməyəcəyi nəzərdən keçiriləcək.
Dinləmə zamanı AzadlıqRadiosunun vise-prezidenti Nenad Peyiç, Sərhədsiz Reportyorlar təşkilatının ABŞ-da direktoru Deilfin Halgand və Avropa Təhlükəsizlik və Əməkdaşlıq təşkilatının siyasi məsələlər üzrə müşaviri Şelli Han ifadə verəcəklər.