Məşhurlar: Helli Berri

Helli Berri

Hollivud aktrisası Helli Berri deyilənə görə Los Ancelesdə filmə çəkilişlər zamanı xəsarət alıb və dərhal xəstaxanaya aparılıb.

“Şəhərdə Arı Şanı” filminin çəkilişləri zamanı aktrisa səhnədə yıxılıb və başı beton səthə dəyib. Helli deyilənə görə hadisə baş verdikdən az sonra Los Anceles şəhərində Cedars-Sinai xəstəxanasına çatdırılıb.

Hadisə baş verən günün səhəri 45 yaşlı Hellinin əhvalı yaxşı idi, hətta pərəstişkarlarını salamlayırdı. Ümid edirik ki, tezliklə onu yenidən səhnədə görəcəyik.