“Artıq 3 gündür cəbhə bölgəsində idim. Ağdam və Tər Tərdə olmuşam. İnsanlarla söhbət edirdik. İnsanlarda əhval-ruhiyyə yüksəkdir. Onlar söhbət zamanı hər şeyin qaydasında olduğunu bildirdilər”. Bu sözləri Amerikanın Səsinə müsahibəsində son bir neçə gündür cəbhə bölgəsində olan AzadlıqRadiosunun xüsusi müxbiri bildirib. Onun sözlərinə görə, buna baxmayaraq onlar son 20 ilin ən güclü atışmalarının qeydə alındığını bildirib. Jurnalist deyir ki, yerli əhali həmçinin evlərini tərk etmədiyini bildirib.
Your browser doesn’t support HTML5
“Atışmalar xüsusilə gecələr intensivləşirdi. Gündüzlər bir qədər səngiyirdi, ara-sıra olurdu. Biz yalnız atışmanın səslərini eşidirdik, ancaq onları birbaşa görə bilmirdik,” deyə AzadlıqRadiosunun jurnalisti bildirib.
“Mən cəbhə xəttindən təxminən 3-4 kilometr aralıda idim. Yəni 2-3 kənd bu tərəfdə idim. Bərdədə olanda bir neçə ailənin cəbhə xəttinə daha yaxın kənddən gəldiklərinin şahidi oldum. Ancaq sonra Ağdama və Füzuliyə özümüz gedəndə söhbət zamanı məlum oldu ki, əksəriyyət evlərindədir. Mən konkret heç bir köçün şahidi olmamışam”.
Onun sözlərinə görə, söhbət zamanı yerli sakinlər dəfələrlə ona əmr gözlədiklərini, hər an nəsə olsa önə getməyə hazır olduqlarını bildiriblər.
“Mən cəbhə xəttindən təxminən 3-4 kilometr aralıda idim. Yəni 2-3 kənd bu tərəfdə idim. Bərdədə olanda bir neçə ailənin cəbhə xəttinə daha yaxın kənddən gəldiklərinin şahidi oldum. Ancaq sonra Ağdama və Füzuliyə özümüz gedəndə söhbət zamanı məlum oldu ki, əksəriyyət evlərindədir. Mən konkret heç bir köçün şahidi olmamışam”.
Jurnalist cəbhə bölgəsində olarkən yaxnlıqlarına mərmi düşdüyünün şahidi olduğunu da bildirib.