AXCP-nin üç fəalı həbs edilib

AXCP

Müxalifətin 31 mart mitinqindən əvvəl Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç fəalı həbs edilib.

AXCP-nin məlumatına görə, partiyanın Sabunçu rayon şöbəsinin fəalı Abdulla Mahmudov martın 26-da 30 sutka, Xətai rayon şöbəsinin fəalı Orxan Baxışlı martın 27-də 30 sutka, Nəsimi rayon şöbəsinin fəalı Ayaz Qasımov martın 29-da 15 sutka inzibati həbsə məhkum edilib.

Fəalların hamısı İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə (polisin qanunu tələbinə tabe olmamaq) ittiham olunur.

Öz növbəsində, rəsmi qurumlar fəalların həbsi barədə məlumat yaymayıb.