Leyla Yunus prokurorluqda dindirlir (Yenilənib)

Leyla Yunus

Leyla və Arif Yunuslar Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq idarəsindədir

Sülh və Demokratiya İnstitunun direktoru Leyla Yunus artıq 4 saata yaxındır ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq idarəsində dindirilir. Leyla Yunusun hətyat yoldaşı Arif Yunus da iki saata yaxındır ki, həmin idarədədir. Onların hüquqlarını vəkil Xalid Bağırov müdafiə edir. Bu bardə Amerikanın Səsinin Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq idarəsinin qarrşısında olan müxbiri bildirib.

Vəkil və ya prokurorluğun nümayəndəsi hələ idarənin qarşısında gözləyən jurnalistlərə hər hansı açıqlama verməyib.

***

Iyulun 30-da saat 11:45-də hüquq müdafiəçisi Leyla Yunus evinin yaxınlığında saxlanılıb.

Bu barədə onun həyat yoldaşı Arif Yunusov Amerikanın Səsinə bildirib.

“Leyla evdən çıxdı, RATİ-yə konfransa gedəcəkdi. Onun getdiyi maşına elə həyətdə hücum olub. Üç nəfər mülki geyimli şəxs maşını dayandırıb və onu aparıb. Nə Leyla xanım, nə də sürücüsü zənglərə cavab vermir. Görünür, onlar Baş Prokurorluğun əməkdaşlarıdır”, - A.Yunus bildirib.

Saat 12.00-a yaxın A.Yunus bildirib ki, altı nəfər yaşadıqları mənzilin qapısını döyür və qapını sındıracaqları ilə hədələyir. A.Yunus telefon zənglərinə cavab vermir.

Bununla belə Leyla Yunusun qanuni nümayəndəsi Yusif Ağayev Amerikanın Səsinə bildirib ki, müstəntiq İbrahim Ləmbəranski ilə əlaqə saxlayıb.

Lakin işi aparan müstəntiq vəkilin gəlməsini deyib.

Yusif Ağayev ehtimal edir ki, Leyla Yunus Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq idarəsindədir.

Həmçinin Arif Yunus telefonla danışığında "Təslim oluram. Vəkillə gedirəm " deyib.

Daha sonra onun telefonu cavab verməyib.