Sərhədsiz Reportyorlar: Rauf Mirqədirova qarşı ittihamlar absurddur

Sərhədsiz Reportyorlar

"Azərbaycanda söz və mətbuat azadlığının vəziyyəti ildən-ilə pisləşir", sənəddə deyilir
“Sərhədsiz Reportyorlar” beynəlxalq hüquq-müdafiə təşkilatı Ermənistanın xeyrinə casusluqda ittiham olunan tanınmış jurnalist və siyasi icmalçı Rauf Mirqədirovun həbsini pisləyən bəyanatla çıxış edib.

“Türkiyə hakimiyyəti R.Mirqədirovu ölkədən qanunsuz yolla çıxarılmasınının Azərbaycanda təqib olunması ilə bağlı olduğunu göstərdi”, təşkilatın MDB və Şərqi Avropa şöbəsinin rəhbəri Yohan Bir bildirib.

Yohan Bir R.Mirqədirova qarşı ağır ittihamlar tamamilə absurd hesab edir.

Onun fikrincə Türkiyə hakimiyyəti də kobud və qanunsuz hərəkət edib.

Öncə bildirilib ki, R.Mirqədirov akkreditədən məhrum edilib (9 aprel), sonra jurnalist ölkədən çıxarkən gözlənilmədən həbs olunub. Ona vəkil verilməyib və ailəsi ilə danışmaq imkanı yaradılmayıb.

Sonra Ankara-Bakl təyyarəsi ilə deportasiya edilib. Təyyarədən endikdən dərhal sonra həbs olunub, aprelin 21-də isə Azərbaycan Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ittiham irəli sürülüb və 3 ay müddətinə həbs olunub.

Jurnalistin vəkili onunla görüşdən sonra bildirib ki, R.Mirqədirov bütün ittihamları rədd edir və ifadə verməkdən imtina edir.

“Sərhədsiz Reportyorlar” R.Mirəqdirovun xidmətlərini, onun jurnalistikada keçdiyi yolu, “Əməkdar Jurnalist” adına layiq görüldüyünü, Gerd Buserius Fondunun beynəlxalq mükafatının sahibi olduğunu qeyd edir.

Jurnalistin Qarabağ münaqişəsinin işıqlandırılmasına dair layihələrdə iştirakına gəlincə, bu, bir məqsədə yönəlib: dinc nizamlanma üçün tərəflərin dialoquna yardım etmək.

Ermənistandan olan Laura Bağdasaryanın R.Mirqədirovla Ermənistanın xüsusi xidmət orqanları arasında vasitəçi olması barədə ittihamlar artıq həbsdən ehtiyatlanan vətəndaş cəmiyyəti nümayəndələri arasında qorxu yaradır.

“Sərhədsiz Reportyorlar” qeyd edir ki, R.Mirqədirov baş nazir Ərdoğan Bakıdan getdikdən 2-3 gün sonra həbs olunub.

"Azərbaycanda söz və mətbuat azadlığının vəziyyəti ildən- ilə pisləşir", sənəddə qeyd edilir.