Azərbaycan Müdafiə və Milli Təhlükəsizlik Nazirlikləri təkzib edib
Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycana casusluq edən ölkə vətəndaşını ifşa etdiyini açıqlayıb.
Ermənistanın “news.am” saytının məlumatına görə, yanvarın 31-də Ermənistan polisinin keçmiş əməkdaşı, Yerevan şəhər sakini, 60 yaşlı Xaçik Martirosyan saxlanılıb.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin bildirib ki, X.Martirosyan qazanc əldə etmək məqsədilə 2013-cü ilin avqustunda öz təşəbbüsü ilə Azərbaycanın Gürcüstandakı səfirliyinə üz tutaraq səfirliyin patronajlığı altında fəaliyyət göstərən Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqə qurub və öz xidmətlərini təklif edib.
O, Azərbaycan tərəfindən hərbi xarakterli informasiyalar ötürmək tapşırığı alıb və bu istiqamətdə müəyyən addımlar atıb. X.Martirosyan aldığı informasiyaları Azərbaycan tərəfinə ötürməyə cəhd etsə də, onun bu əməlinin qarşısı alınıb. Ermənistan Milli Təhlükəsizlik Xidməti fakt üzrə cinayət işi qaldırıb, istintaq aparılır.
Öz növbəsində Azərbaycan Müdafiə və Milli Təhlükəsizlik Nazirlkləri məlumatı təkzib edib.