Azərbaycan vətəndaşı Pyatiqorskda terror aktının təşkilinə görə həbs olunub

Azərbaycan vətəndaşı Pyatiqorskda terror aktının təşkilinə görə həbs olunub

Yanvarın 10-da bu terror aktının təşkilinə görə 6 nəfər həbs olunub
Dekabrın 27-də Pyatiqorskda avtomobildə bomba partlaması nəticəsində üç nəfər həlak olub.

Partlayış 50 kq. trotil gücündə olub.

Yanvarın 10-da bu terror aktının təşkilinə görə 6 nəfər həbs olunub.

Bu barədə Turan Rusiya Federasiyasının Antiterror Komitəsinə istnadən məlumat yayıb.

“Kompleks operativ tədbirlər nəticəsində aşağıdakı şəxslər şübhəli qismində saxlanılıb: Murad Qeybulla oğlu Atayev (1988-ci ildə anadan olub, Azərbaycan vətəndaşı), Ramazan Vladimir oğlu Xalizov (1983), Vladimir Nikolay oğlu Xalizov (1953), Şamil Əbdüləziz oğlu Əbdüləzizov (1991), Şamil Qazıməhəmməd oğlu Qazıməhəmmədov (1988), Məhəmməd Zəlimxan oğlu İbrahimov (1991)”, – məlumatda deyilir.

“Saxlanılan şəxslər etirafedici ifadələr veriblər ki, bu da daha bir terror aktının qarşısını alıb”, - RF Antiterror Mərkəzinin məlumatında bildirilir.