Alimlər yaşlılarda əzələ möhkəmliyinin saxlanması yollarını axtarır [Video]

Your browser doesn’t support HTML5

Nəyə görə bizim əzələlərimiz aldığı hər hansı travmadan sağala bilir, lakin yaşa dolduqca həcmini və gücünü itirir? Yeni araşdırmaların nəticələri əzələ hüceyrələrinin yaşlanma və zədəyə nəyə görə fərqli cavab verdiyi barədə sualın cavabını tapmağa yardım edir.

Yaşlılarda əzələ hüceyrələrinin bərpası və regenerasiyası vacibdir. Sanford Börnham Prebis İnstitutunun keçirdiyi araşdırmalarda əsas diqqət əzələ lifləri arasındakı gövdə hüceyrələrinin yaşlanma və xəsarətlərə cavabı üzərində mərkəzləşib. İnsitutun alimi Alesandra Sakko: "Əzələlərin toxumalarının fərqini nəzərdən keçirir, onların zamanla stress və ya stimullaşmaya olan təsirini müyyən etməyə çalışırıq."

Alesandra Sakkonun araşdırma komandası çoxsaylı izləmə texnologiyasından istifadə edib. Bu yolla hər bir hüceyrənin idmana, yaralara, normal çəki və yaşlanma prosesinə təsiri məyyən edilib.

Alimlər belə bir qənaətə gəliblər ki, yaşlanan hüceyrələr müxtəlif təsirlərə dəyişkən cavab versə də, onların çoxalma qabiliyyəti azalır. Bunun əksi olaraq, xəsarət aldıqdan sonra hüceyrələrin cavabı müxtəlif olmasa da, onlar çoxalma qabiliyyətini saxlaya bilir. "Bu bizə toxumaların müalicəsi üçün dərmanlar əldə etməyimizə yardım edir. Bundan əzələ distrofiyalarına yol açan əzələ degenerasiyası xəstəliklərinin müalicəsində istifadə edilə bilər" deyə, Alesandra Sakko bildirir.

Alesandra Sakkonun dediyinə görə, araşdırmalar yaşlılarda əzələ möhkəmliyinin saxlanması və degenerativ xəstəliklərin qarşısının alınmasının mümkünlüyünü göstərib.