Yumurtalıq xərçəngindən əzab çəkən qadınlar üçün yeni testlər [Video]

Your browser doesn’t support HTML5

Yumurtalıq xərçəngindən əzab çəkən qadınlar üçün yeni testlər

Xərçəng xəstəliyi nə qədər erkən aşkar edilərsə, onun müalicəsi də o qədər mümkün olar. Buna görə Polşa həkimlərinin yeni testləri yumurtalıq xərçəngindən əzab çəkən qadınlar üçün vacib ola bilər.

Alimlərin dediyinə görə, yeni test yumurtalıq xərçəngini başlanğıc mərhələdə aşkar edə bilir. LODZ universitetindən Voyjek Fendler: “Yenilik ondan ibarətdir ki, növündən asılı olmayaraq bu alət yumurtalıqdakı şişi aşkar edə bilir. İkincisi isə şiş nə qədər yayılmış olursa-olsun onu müəyyən edə bilir. Əsas məsələ isə şişi başlanğıc mərhələdə aşkar etməkdir.”

Hesablamalara görə, hər 75 qadından birində yumurtalıqda şişi peyda olacaq. Bu şiş nə qədər tez aşkarlansa, bir qədər çox xəstənin yaşama ehtimalı artmış olur. LODZ universitetindən Konkard Staviski: “Bizim testimiz yalnız bir molekula əsaslanmır, yeddi Mikro-RNA molekuluna əsaslanır. Bu son təhlillərə əsaslanaraq, biz indiyə qədər əldə etiyimiz nəticələrdən daha effektiv nəticələr əldə edə bilərik.”

Beləliklə, indiyə qədər edilən testlər çox sayda yumurtalıq xərçənginin aşkar edilməsinə yardım etdi. Lakin hələ də bəzi problemlər qalmaqdadır. “Biz əhali arasında on xəstədən doqquzunda yumurtalıq xərçənginı aşkar edə bilmişik. Lakin təəssüflər olsun ki, bəzi hallarda xərçəngi olmayan insanlarda testlər yanlış nəticələr göstərir. Biz əmin olmağa çalışırıq ki, test nəticələri pozitiv göstərən insanlarda həqiqətən də şiş var” deyə, Voyjek Fendler bildirir.

Bütün texnologiyalarda olduğu kimi, burada da qrup diaqnozların daha effektiv olması üzərində işləyir və yoxlama paketini daha ucuz qiymətlə bazara çıxarmaq istəyir.