Yaşlı qadınlar daha çox hərəkət etməlidir [Video]

Your browser doesn’t support HTML5

Bəzi yaşlı qadınlar üçün fiziki aktivlik nəyə görə çətindir? Elə buna görə də alimlər yaşlı qadınların mümkün qədər daha aktiv və sağlam qalmaları üçün araşdırmalar aparır.

Əgər sizin yaşınız 50-dən yuxarıdırsa özünüzü nəyəsə məcbur etməniz çətin olur. Fiziki aktivlik yəqin ki, qadınlarda menopauza (klimaks) dövründə azalır. Missuri universitetinin tədqiqatçıları beyində estrogen və dopamin səviyyələri arasında əlaqəni müəyyən edib.

Yaşa dolduqca qadınların yumurtalıqları daha az estrogen istehsal edir. Dosent Viktoriya Viyera - Potterin fikrincə menopauza dövründə qadınlarda estrogen azalır və bu da insanda istəyi və aktivliyi artırmaq üçün beyinin mərkəzinə siqnallar göndərən dopaminin səviyyəsini azaldır. Nəticədə isə, az yemələrinə baxmayaraq belə, qadınların çəkisi artır. Bu, ürək-damar xəstəlikləri və diabet riskini artırır. “Onlar bəlkə də çox kalori qəbul etmirlər, lakin fiziki aktivlık azalır, bu isə onların səhvi üzündən baş vermir. Beyində baş verən dəyişikliklər fiziki baxımdan aktiv olmaq istəyinin azalmasına səbəb olur."

Araşdırmalarda iştirak edən digər tədqiqatçılar isə qadınlarda fiziki aktivliyin azalmasının başqa səbəblərini axtarıb. Alimlər sidik kisəsi və düz bağırsağı saxlayan əzələlərə diqqət yetirib. Minnesota universitetindən Doun Lau: “Bizim fikrimizcə, yaşa dolduqca qadın və kişilərin ayaqlarındakı əzələlər zəifləyir. Lakin çanağın örtüyü də əzələdən ibarətdir. Yaşa dolduqca bu əzələnin də zəiflədiyinə dair getdikcə daha artıq sübutlar var. Eləcə də sübut edilib ki, xüsusilə də qadınlarda estrogen əzələnin fəaliyyətinə təsir edir.”

Estrogen səviyyəsinin azalması isə qadınların, əsasən də idman edərkən sidik kisəsi və bağırsaqlara nəzarəti itirməsi deməkdir. Tədqiqatçılar qadınların fiziki aktivlikdən boyun qaçırmalarının bir səbəbinin də bununla bağlı olduğunu deyir.

Doun Lau deyir ki, yaxın bir neçə ildə onlar qadınların menopauza zamanı sağlamlıqlarındakı dəyişiklikləri daha dərindən öyrənəcək.