Pörl Harborda atışma

Havay adalarının Honolulu bölgəsindəki Pörl Harbor Hərbi Gəmiqayırma zavodunda ABŞ dənizçisi tərəfindən iki nəfər öldürülüb, üçüncü şəxs isə yaralanıb.

Atışma nüvə sualtı qayıqlarına xidmət edən ərazidə baş verib. Birgə Baza Pörl Harbor-Hikam gəmiqayırma zavodunun yerləşdiyi birləşmiş Dəniz-Hava Qüvvələri bazası atışmadan sonra bir neçə saat ərzində mühasirəyə alınıb.

"Atışmanın üç qurbanının olduğunu təsdiqləyə bilərəm. İki nəfərin öldüyünü, birinin yerli xəstəxanada sabit vəziyyətdə olduğunu təsdiqlədik"- deyə, ABŞ-ın Havay bölgəsi üzrə komandiri kontr-admiral Robert Çadvik deyib.

Kontr-admiral Robert Çadvik dənizçinin silahını özünə çevirərək intihar etdiyini söyləyib.

Şahidlərdən biri yerli xəbər stansiyasına silah səslərini eşitdikdən sonra iş otağının pəncərəsindən çıxdığını və yerdə üç nəfəri və daha sonra isə dənizçi geyimli bir şəxsin özünü vurduğunu gördüyünü deyib.

Çadvik atışmanın təsadüfi və ya qəsdən olub-olmadığına dair heç bir əlamət olmadığını söyləyib.

Şənbə günü 1941-ci il dekabrın 7-də Yaponiyanın ABŞ-ı İkinci Dünya Müharibəsinə cəlb edən Pörl Harbor dəniz bazasına hava hücumunun 78-ci ildönümünü qeyd olunacaq.