Ekstremal hava şəraiti artmaqdadır

Your browser doesn’t support HTML5

Ekstremal hava şəraitinın artması və iqlim dəyişikliyi dünya boyu pis hava şəraitinin artmasına səbəb olub. 2018-ci ilin sonunda dünyanın bir çox yerində belə hava şəraiti artıq adi hal alıb.

Keçən il dünyanın bir çox yerində hava şəraiti çox pis oldu. Milad bayramı Birləşmiş Ştatların mərkəz bölgələrində çovğun, 30 sm.-ə qədər qar və yolların bağlanması ilə müşayiət olundu.

Ölkənin cənub bölgərində baş qaldıran qasırğa sellərə səbəb oldu. Nyu-Cersi sakini Robert Farell: “Biz təpənin aşağı hissəsindəyik və su birbaşa buradakı evlərə doğru gəlir. Qarajları da su basıb.”

Hindistan Kəşmirində qış sərt olur. Lakin Selsi ilə mənfi 17 dərəcə şaxta ən dözümlüləri belə risk qarşısında qoyur. “Biz mənfi 17 dərəcə şaxtanın 28 il əvvəl olduğunu eşitmişdik. Lakin mənim təcrübəmə və yaşıma baxanda, dekabr ayında belə şaxta olduğu mənim yadımda deyil.” deyə, Kəşmir sakini Məhəmməd Yaqub bildirir.

Bu arada, qeyri-adi isti hava dalğası Avstraliyada uzun müddətdir hökm sürür və belə istilərə görə bəzi yerli sakinlər susuzluqdan əzab çəkən koala da daxil olmaqla, küçələrdə su paylayır.

Ölkənin bəzi yerlərində temperatur müsbət 40 dərəcədən yüksəyə qalxır.

Hətta məşhur Bondi çimərliyində də temperatur çox yüksəkdir. Almaniyalı turist Aleksadr Dreşer: "Mən Melburndan Sindeyə bu gün gəlmişəm. Əlbəttə Melburn daha isti olur, lakin keçən ilin yayı ilə müqayisədə bu il bura çox istidir. Mən kürən olduğun üçün gərək özümü digərlərindən daha çox qoruyam.”

Sinoptiklər belə ekstremal hava şəraitinin, habelə iqlim dəyişikliyinin davam edəcəyini və ümumiyyətlə temperaturun əvvəlki illərlə müqayisədə daha yüksək olacağını proqnozlaşdırır.