YouTube-a yerləşdirilmiş “Harlem Shake” adlı rəqs təkcə Birləşmiş Ştatlarda deyil, ölkənin xaricində də nəhəng auditoriya toplayıb.
Vaşinqton şəhərinin Dupont Circle meydançasında pinqvin paltarında elektronik musiqi sədaları altında iki nəfərə rəqs edir. İlk öncə onlara fikir verən yoxdur. Qəfildən bura rəqs edənlərlə dolur.
Qlobal dalğa kimi tanınan Fleş Moblar YouTube-da özünü DJ Baauer adlandıran şəxs tərəfindən yayılan Harlem Shake mahnısı sədaları altında normal məkanları xaosa çevirirlər. Facebook vasitəsi ilə Vaşinqtonun Cordins Paradays studiyasında təşkil edilmiş tədbir böyük hərarətlə qarşılandı.
Rita adlı gənc qız bu mahnının Gangham Style-dan fərqli olaraq, daha sadə olduğunu və rəqs etməyi bacarmayanlar üçün belə, asan olduğunu deyir.
Fevral ayının əvvəlidə Avstraliyadan 5 yeniyetmə YouTube-a Harlem Shake-in ilk, ən populyar versiyasını yerləşdirdi. Orada rəqs edən şəxsə əvvəlcə məhəl qoyulmadığı, sonradan ətrafdakıların da ona qoşularaq, rəqs etdiyi nümayiş etdirilir.
Fevral ayında YouTube-a Harlem Shake-in minlərlə versiyası yerləşdirilib və videolara 175 milyondan çox adam baxıb. Ən populyar versiyalar Corciya Universitetindən bir qrup tələbə, Norveç əsgərləri, media şirkəti və Filthy Frank adlı komedia ustasının olduğu videolardır.
Amerikanın rok-dueti "Matt and Kim". Bu ən çox baxılan versiyada duetin konserti zamanı 5 min pərəstişkar birlikdə rəqs edir.
Bəziləri deyirlər ki, adamlar əvəl–axır Harlem Shake imitasiyalarından cana doyacaqlar.
Müğənni Mət Conson Skype vasitəsilə Amerikanın Səsinə müsahibəsində bu videolara marağın bu qədər davam etməsinə görə heyrətini gizlətmir. “Bütün bunlar internetin sayəsindədir. Istənilən şey qısa zaman kəsiyində populyarlaşa bilir.”
Jordin's Paradise-dən Rania Caziri bunun davam edəcəyinə ümid etdiyini deyir.
“İnsnalar sadəcə rəqs edə bilməlidirlər, və onların xoreoqrafiya dəsrləri alıb-almaması mühüm deyil. Məqsəd bir yerə toplaşıb, şənlənməkdir.”
Vaşinqtonda rəqs edənlər isə Harlem Shake-ə qoşulmağın hələ də gec olmadığına və İnrernetə yerləşdirdikləri videolarının bir vaxt YouTube-da məşhur olacağına ümid edirlər.