Livan prezidenti Səudiyyə Ərəbistanına qarşı tənqidlərini kəskinləşdirib

Livan prezidenti Səudiyyə Ərəbistanını baş nazir Səad Həririnin gözlənilməz istefasından sonra ölkələr arasında söz güləşinə görə tənqidlərini kəskinləşdirib.

Həriri istefasını bu ayın əvvəlində Səudiyyə Ərəbistanında ikən elan edib.

Livanın baş naziri Səad Həriri Səudiyyə Ərəbistanından qısa zamanda geri dönəcəyini deyib.

Həriri Səudiyyə Ərəbistanında idarəsinə zidd olaraq saxlanılır

Partiyasının Futur televiziyasına Ər-Riyadda verdiyi müsahibəsində Həriri istefa verməsinin öz qərarı olduğunu deyib və Hizbullahla müttəfiqliyə son qoymaq məqsədi ilə Səudiyyə Ərəbistanı rəsmiləri tərəfindən istefa verməyə məcbur edilməsi barədə iddiaları rədd edib.

Həriri həm Livan, həm də Səudiyyə Ərəbistanının vətəndaşıdır. Təəccüb doğuran istefa çıxışında o deyib ki, Hizbullah və onu dəstəkləyən iranlılar "ölkəni ələ almaq üçün tələ qurur". "Bu isə bütün Yaxın Şərqdə stabilliyi pozacaq", deyə o bildirib.

Tvitter hesabında prezident Maykl Aun yazıb ki, Həriri Səudiyyə Ərəbistanında idarəsinə zidd olaraq saxlanılır. Prezident Riyadı Livana qarşı təcavüzdə ittiham edib.

Səad Həriri

​Bu həftənin əvvəlində Aun Qərb ölkələrinin xarici işlər nazirlərinə Həririnin oğurlandığına inandığını desə də, ictimai şəkildə Səudiyyə Ərəbistanını təcavüzkar adlandırmayıb.

Prezident Həririnin istefasını onun Livanda olmamasına görə qəbul etməyəcəyini bildirib.

Bugünkü yazısı prezidentin indiyədək verdiyi ən kəskin açıqlama olub.

Bundan az sonra Həririr Tvitter-də çox yaxşı olduğunu və Allahın köməkliyi ilə yaxın zamanda söz verdiyi kimi sevimli Livana dönəcəyini yazıb. "Görərsiniz"- deyə o əlavə edib.