Livanın istefasını elan edən baş naziri Beyruta qayıdır

Livanın istefasını elan edən baş naziri Səad Əl-Həriri çərşənbə günü Beyruta qayıdacağını bəyan edib. O, gözlənilmədən elan etdiyi istefasına aydınlıq gətirəcək.

Bu gün Fransanın Yelisey prezident sarayında o, Fransa prezidenti Emmanuel Makronla görüşüb. Makron Həririyə siyasi daramın həllində yardımını təklif edib.

Həriri Lİvanda ölkənin müstəqillik günü tədbirlərinə qatılacağını bildirib.

Bu ayın əvvəli Həriri Səudiyyə Ərəbistanı televiziyası vasitəsilə vəzifəsindən istefa etdiyini açıqlamışdı. Bu ölkədə qarışıqlığa və skeptisizmə səbəb olmuşdu.

Lakin şənbə günü Livanın dövlətə məxsus Milli Xəbər Agentliyi Livanın prezidenti Mişel Auna zəng etdiyi və müstəqillik günü bayramında iştirak etmək üçün gələn həftə Livana geri dönəcəyini bildirdiyi barədə məlumat verib.

Həriri noyabrın 4-də Ər-Riyadda ikən baş nazir vəzifəsindən istefasını elan edəndən sonra son iki həftə regionda səs-küylü keçib. Həriri istefasına görə İran və Livan hökümətinin bir parçası olan Hizbullahı günahlandırıb və həyatına görə narahat olduğunu deyib.

Onun istefası ilə diqqət Livandakı dərin siyasi bölgülərə yönəlib. Ölkə şiə Tehran ilə sünni Riyad arasında bölünüb.

Həririnin Səudiyyə Ərəbistanında zorla saxlandığı iddia edilirdi.

“Livan bu böyük əngəlin öhdəsindən gəlməlidir”, deyə Livanın daxili işlər naziri Nohad Maçnuk bildirib və Hərinin Fransaya səfərinin sabitliyin yaranmasına imkan yaradacağına güman edib.