Tibbi araşdırmalar göstərir ki, keçən il dünyada təxminən 2,6 milyon uşağın ölü doğulması halı əhalinin gəlirləri az və ya orta səviyyədə olan ölkələrdə baş verib.
Bu haqda hesabat The Lancet tibb jurnalında dərc olunub.
Hesabatın müəllifi Hannah Blenkov deyir ki, uşağln ölü doğulması hallarına ən çox Afrikanın Böyük səhraaltı regionunda rast gəlinir. Region bu hallarının qarşısının alınmasına görə də olduqca geridədir.
Pakistanda isə hər 1000 doğuş zamanı 43,1 uşaq ölü doğulur.
Dünyanın inkişaf etmiş zəngin ölkələri olan İslandiya və Danimarka ölü doğulan uşaqların ən az səviyyədə olduğu ölkələrdir.
Araşdırmalar uşağın ölü doğulması halının hamiləliyin 28 həftəsindən sonra ana bətnində baş verdiyini deyir. Dünyada 2000 və 2015-ci illər arasında uşağın ölü doğulması hallarının hər min doğuşda 24,7-dən 18,4-ə düşdüyünü bildirilib.
Ümumdünya Səhiyyə Təşkilatı 2030-cu ilədək bu rəqəmi hər min doğuşda 12-yə endirmək kimi məqsədin qarşıya qoyulduğunu bildirib.